https://innews.media/uploads/news/2026-08/_innews_3d90ffa58a9ced94a99887dd9_o.jpg
“Bayern”in hücumçusu Harri Keyn Almaniyada 2025/26 mövsümünün ən yaxşı futbolçusu seçilib.
“Kicker”in xəbərinə görə, ingilis futbolçu səsvermədə 272 səs toplayaraq, ilk dəfə bu mükafata layiq görülüb. Səsvermədə Almaniya İdman Jurnalistləri Assosiasiyasının 659 üzvü iştirak edib.
“Bayern”in digər futbolçusu Maykl Olise 203 səslə ikinci, “Ştutqart”ın hücumçusu Deniz Undav 61 səslə üçüncü olub.
“Bayern”in baş məşqçisi Vensan Kompani də Almaniyada ilin məşqçisi seçilib. Belçikalı mütəxəssis 314 səs toplayaraq, Julian Şuster (87) və Sebastian Hönessi (53) geridə qoyub.
Keyn və Kompani mükafatlarını “Ştutqart”la keçiriləcək Bundesliqanın açılış oyununda alacaqlar.
“İlin futbolçusu” mükafatı 1960-cı ildən, “İlin məşqçisi” mükafatı isə 2002-ci ildən təqdim olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin