logo
2-ci tur sülhsüz start götürdü

2-ci tur sülhsüz start götürdü

2-ci tur sülhsüz start götürdü 2-ci tur sülhsüz start götürdü

Bu gün Misli Premyer Liqasında 2-ci tura start verilib. 

İlk oyun günü üçün nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Matç "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki komanda ilk turda uduzub. “Qəbələ” “Turan Tovuz”a (0:1), “Şəfa” isə “Zirə”yə (0:2) məğlub olub. 

Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli”ni sınağa çəkib. Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası, II tur

22 avqust 2026

“Zirə” - “İmişli” - 3:1

Qollar: Eren Aydın, 43 (1:0), Ruan Renato, 80 (2:0), Dioqo Almeyda, (2:1), David Volkov, 90+6 (3:1)
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov 
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” - “Şəfa”  0:1

Qol: Musa Quel, 69
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov 
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

23 avqust 2026

“Turan Tovuz” - “Şamaxı”

“Neftçi” - “Araz-Naxçıvan”

Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə bu tur meydana çıxmayacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media