logo
Ağdərə rayonunda mina hadisəsi baş verib

Ağdərə rayonunda mina hadisəsi baş verib

Ağdərə rayonunda mina hadisəsi baş verib Ağdərə rayonunda mina hadisəsi baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində 2026-cı il 3 avqust tarixində mina hadisəsi baș verib.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət  təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media