https://innews.media/uploads/news/2026-08/_innews_70437970308bf60f1706c4cc7_o.jpg
Tanınmış jurnalist Tahirə Məmmədqızı BTV-nin direktoru təyin olunub.
BTV xəbər verir ki, bununla bağlı televiziyanın təsisçisi Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Tahirə Məmmədqızı kanalın direktoru vəzifəsində fəaliyyətə başlayıb.
Yeni təyinat BTV-də həyata keçirilən strukturlaşma və yeni yayım mərhələsinin tərkib hissəsidir. Kanal daha əvvəl yaxın zamanda televiziya tamaşaçılarının yaxşı tanıdığı peşəkar jurnalistlərin, aparıcıların, eləcə də media sahəsində yeni simaların BTV komandasında fəaliyyətə başlayacağını açıqlamışdı.
Tahirə Məmmədqızı uzun illər Azərbaycan mediasında jurnalist və televiziya aparıcısı kimi fəaliyyət göstərib. O, bundan sonra jurnalist fəaliyyətini davam etdirməklə yanaşı, BTV-nin idarə olunmasına rəhbərlik edəcək.
Qeyd edək ki, Tahirə Məmmədqızı eyni zamanda BTV-də yayımlanacaq “ARAŞDIRMA” verilişinin aparıcısıdır. Veriliş vətəndaşlardan daxil olan müraciət və şikayətlərin jurnalist araşdırması çərçivəsində araşdırılaraq nəticələrinin ictimaiyyətə təqdim edilməsini nəzərdə tutur.
BTV qarşıdakı dövrdə proqram şəbəkəsini genişləndirməyi, yeni müəllif layihələrini tamaşaçılara təqdim etməyi və tanınmış media nümayəndələrini öz ətrafında birləşdirməyi planlaşdırır.
Yeni simalar və yeni layihələr tezliklə BTV-də.
Ən son xəbərləri səhifəmizdən də izləyin