logo
Ukrayinada daha bir soydaşımız Prezident Volodimir Zelenskiy tərəfindən təltif edildi

Ukrayinada daha bir soydaşımız Prezident Volodimir Zelenskiy tərəfindən təltif edildi

Ukrayinada daha bir soydaşımız Prezident Volodimir Zelenskiy tərəfindən təltif edildi Ukrayinada daha bir soydaşımız Prezident Volodimir Zelenskiy tərəfindən təltif edildi

Ukrayina Prezidenti Volodimir Zelenskiy Ukrayina Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayina Ali Radası spikerinin müşaviri, Hüquq elmələri doktoru Hikmət Cavadı təltif edib. Belə ki, prezidentin imzaladağı 532/2026 nömrəli Fərmana əsasən, Hikmət Cavad Ukrayina dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərinə, Ukrayinanın ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla yerinə yetirdiyi üçün “Xidmətlərinə görə 3-cü dərəcəli” ordenlə təltif olunub.

Hikmət Cavad eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayina-Azərbaycan parlamentlərarasi İşçi qrupunun katibidir. O, 2016-cı ildə Azərbaycan Diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

P.S. Sədrimizi təbrik edir, ona Ukrayina-Azərbaycan əlaqələrinin inkişafında uğurlar arzu edirəm!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media