logo
Tovuz rayon Düz Qırıqlı kəndində 12 noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

Tovuz rayon Düz Qırıqlı kəndində 12 noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

Tovuz rayon Düz Qırıqlı kəndində 12 noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib Tovuz rayon Düz Qırıqlı kəndində 12 noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

10 noyabr tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 12 noyabr – Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd kitabxanasının əməkdaşları, müəllim və şagirdlər iştirak edib. Məktəbin direktoru Xəyal Nağıyev Dövlət Konstitusiyasının qəbul olunma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib, Konstitusiyanın yaranmasını şərtləndirən tarixi səbəblərdən danışıb, 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasının qoyulduğunu vurğulayıb.

Digər çıxış edənlər tədbirin keçirildiyi 10 noyabr tarixinin həmçinin, 44 günlük müharibəyə son qoyan Koputilyasiya aktının imzalanmasının ildönümü olduğunu, o cümlədən Ümumdünya Gənclər günü olaraq qeyd edildiyini vurğulayıblar. Qeyd olunub ki, Vətən Müharibəsinə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media