logo
Sumqayıt şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Sumqayıt şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Sumqayıt şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Sumqayıt şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Mayın 12-də Sumqayıt şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Festivalda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

6500-ə yaxın iştirakçı ilə Göyərçin parkında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin