logo
Bakı şəhərində olan tarix-memarlıq abidələrinin mühafizəsi ilə bağlı birgə əməkdaşlıq tədbirləri müzakirə edilib

Bakı şəhərində olan tarix-memarlıq abidələrinin mühafizəsi ilə bağlı birgə əməkdaşlıq tədbirləri müzakirə edilib

Bakı şəhərində olan tarix-memarlıq abidələrinin mühafizəsi ilə bağlı birgə əməkdaşlıq tədbirləri müzakirə edilib Bakı şəhərində olan tarix-memarlıq abidələrinin mühafizəsi ilə bağlı birgə əməkdaşlıq tədbirləri müzakirə edilib

Mədəniyyət Nazirliyində Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə müvafiq rayonların tarix-memarlıq abidələrinin ümumi vəziyyətinə və mövcud problemlərə diqqət çəkilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısına əsasən dövlət reyestrinə daxil edilən və Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunan abidələrin müştərək mühafizə tədbirləri ilə bağlı müzakirələr aparılıb.

Mədəniyyət Nazirliyi ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda, xüsusi mülkiyyətdə olan və yaşayış sahəsi kimi istifadə edilən tarix-memarlıq abidələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılma müddətinin maksimum sürətləndirilməsi və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair vahid strateji xəttin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media