logo
"Yaponiya-Azərbaycan Dostluq İli 2022" çərçivəsində "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri keçirilib

"Yaponiya-Azərbaycan Dostluq İli 2022" çərçivəsində "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri keçirilib

"Yaponiya-Azərbaycan Dostluq İli 2022" çərçivəsində "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri keçirilib "Yaponiya-Azərbaycan Dostluq İli 2022" çərçivəsində "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri keçirilib

Yaponiya Səfirliyi tərəfindən Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində “Hitachi Hightech  Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri həyata keçirilmişdir.

28 oktyabr 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin  birgə əməkdaşlığı ilə Şəkidə yerləşən Heydər Əliyev Mərkəzində Kimya-Biologiya təmayüllü Respublika Liseyinin şagirdləri üçün “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Takeya Yukihiro, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən rəsmi nümayəndələr və digər qonaqlar iştirak etmişdir.

 Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilmiş, yeni biliklər aşılanmışdır. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin  birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlamış, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilmişdir.

Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.

Eyni tədbir bu il artıq Bakı və Şamaxı şəhərlərində də baş tutmuşdur. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media