logo
““44” filmi məni çox dəyişdirdi” - İbrahim Çingiz

““44” filmi məni çox dəyişdirdi” - İbrahim Çingiz

““44” filmi məni çox dəyişdirdi” - İbrahim Çingiz ““44” filmi məni çox dəyişdirdi” - İbrahim Çingiz

Aktyor İbrahim Çingiz Vətən müharibəsinə həsr olunan “44” filminə çəkilməsindən danışıb.

"innews media" xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib. O, layihənin təqdimatını səbirsizliklə gözlədiyini bildirib:

““44” həyatımda böyük dönüş nöqtəsidir. Həm fiziki cəhətdən, həm beyin olaraq çox dəyişmişəm. Bu layihə mənə çox şey öyrətdi. İstəyirəm, tezliklə işıq üzü görsün və yaşadığım şeylərdən danışım. Çünki böyük şeylərdən keçmişəm. İnsan kimi də dəyişmişəm. Komanda da çox maraqlıdır. Hamısı istedadlı insanlardır. Mənim səhnələrim daha çox Mehriban Zəki və Özge Gürellə idi. Digər aktrisalarla çox kəsişməm olmayıb. Həm də bizdə daha çox döyüş səhnələri olduğu üçün filmdə çox az aktrisa görürdük”.
İbrahim həmçinin Türkiyədə kino sahəsinə qatılmaqla bağlı danışıb:

“Hər kəs istəyər ki, Türkiyədə kino sahəsinə keçsin. Çünki industriya daha güclüdür. Sadəcə çətinliklər var, dildə fərqlər olur. Təmiz türk dilində danışmaq lazımdır. Azərbaycanlı kimi gedib, elə yadda qalmaq daha çətindir. Mənim orada olmağım pis olmazdı”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin