logo
Karateçi Lalə Babazadə 3 il müddətinə diskvalifikasiya edilib

Karateçi Lalə Babazadə 3 il müddətinə diskvalifikasiya edilib

Karateçi Lalə Babazadə 3 il müddətinə diskvalifikasiya edilib Karateçi Lalə Babazadə 3 il müddətinə diskvalifikasiya edilib

Karate üzrə idmançı Lalə Babazadə antidopinq qaydalarını pozduğuna görə uzunmüddətli sanksiya ilə üzləşib.

Məlumata görə, idmançı antidopinq qaydalarının 2.3-cü maddəsini — nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək qaydasını pozduğu üçün 36 ay müddətinə diskvalifikasiya edilib.

Sanksiya 25 dekabr 2025-ci il tarixindən qüvvəyə minib və 24 dekabr 2028-ci il tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, tətbiq edilən qərara əsasən, göstərilən müddət ərzində idmançının rəsmi yarışlarda və antidopinq qaydalarına tabe olan idman fəaliyyətlərində iştirakı qadağan edilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin