https://innews.media/uploads/news/2026-02/_innews_366eb754792843a1edacab327_o.jpg
Hər il mütəmadi olaraq Türkiyədə təşkil olunan TEKNOFEST texnologiya yarışına qeydiyyat prosesi başlayıb.
Bu barədə SUMTV-yə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, Şanlıurfada keçiriləcək yarışlara qeydiyyat prosesi fevralın 20-dək davam edəcək.
Yarışa qoşulmaq istəyənlər https://www.teknofest.org/tr/ saytına müraciət edə bilərlər.
Qeyd edək ki, "TEKNOFEST-2026" Sentyabrın 30-dan Oktyabrın 4-dək keçiriləcək.