https://innews.media/uploads/news/2026-02/_innews_07544ff0d4274bab106d80b6a_o.jpg
2 fevral – Gənclər Gününə həsr olunmuş iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, baş mütəxəssis Cavid Məmmədli gənc alimlər arasında elmi fəaliyyət sahəsində göstərdiyi nailiyyətlərə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən “İlin gənc alimi” diplomu ilə təltif olunub.