logo
Opera və Balet Teatrında "Kənd namusu" operasının tamaşası keçirilib

Opera və Balet Teatrında "Kənd namusu" operasının tamaşası keçirilib

Opera və Balet Teatrında "Kənd namusu" operasının tamaşası keçirilib Opera və Balet Teatrında "Kənd namusu" operasının tamaşası keçirilib

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskaninin “ Kənd namusu “ operasının tamaşası keçirilmişdir.

“Kənd namusu“ operasının ilk tamaşası 17.05.1890-cı ildə Romanın “Konstants“ teatrında baş tutmuşdur. Bu opera son dərəcə gözəl musiqisi və kəskin dramatik sujeti ilə
fərqlənir. Opera Maskani yaradıcıllığının ən uğurlu əsərlərindən biri hesab edilir və bu günə kimi bir çox dünya teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “ Kənd namusu “ operası 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulmuş və repertuara daxil edilmişdir.

Oktyabrın 19-da keçirilən tamaşada əsas rolları Xalq artisti Fidan Hacıyeva (Santutsa), Əməkdar artistlər Ramil Qasımov (Turiddu), Səbinə Vahabzadə (Lüçiya), aparıcı solistlər Nina Makarova (Lola) və Taleh Yahyayev (Alfio) ifa etmişlər. Anşlaqla baş tutan tamaşa boyu tamaşaçılar solistlərin ifalarını alqışlarla qarşılamışlar.

Opera tamaşasında Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında
xor kollektivinin və Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə etdiyi
simfonik orkestrin professional ifalarını xüsusilə qeyd etmək lazımdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media