logo
ADAU-da logo müsabiqəsi elan olunur

ADAU-da logo müsabiqəsi elan olunur

ADAU-da logo müsabiqəsi elan olunur ADAU-da logo müsabiqəsi elan olunur

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) universitetin institusional kimliyini, aqrar təhsil və elmi-tədqiqat fəaliyyətini, innovativ və müasir yanaşmasını əks etdirən yeni loqo dizaynının hazırlanması məqsədilə müsabiqə elan edir.

Ümumi tələblər

Təqdim olunan loqo:

- Orijinal olmalı və müəllif hüquqlarını pozmamalıdır;

- Digər qurum və brendlərin loqolarını təkrarlamamalıdır;

- Çap və rəqəmsal mühitlərdə (veb, sosial media, sənədlər, bannerlər və s.) istifadəyə uyğun olmalıdır;

- Ölçü dəyişikliklərində keyfiyyət itkisi olmamalıdır;

- Uzunmüddətli brend strategiyasına uyğun olmalıdır.

Dizayn üzrə texniki və konseptual tələblər

Loqo dizaynı:

- Sadə, lakonik və funksional olmalıdır;

- Rəng istifadəsi balanslı və rəsmi üsluba uyğun seçilməlidir;

- Aqrar sahə, elm, təhsil və inkişaf anlayışları ilə assosiasiya yaratmalıdır;

- ADAU-nun institusional və rəsmi xarakterinə uyğun olmalıdır;

- Qara-ağ və tək rəngli versiyalarda istifadəyə uyğun olmalıdır.

Təqdim olunmalı materiallar və format tələbləri

Vektor formatlar (mütləq tələb olunur)

- AI (Adobe Illustrator)

- EPS

- PDF (vektor formatda)

- Raster (şəkil) formatlar

- PNG (şəffaf fonlu, yüksək keyfiyyətli, minimum 3000 px)

- JPG/JPEG

Rəng variantları

- Əsas rəngli loqo

- Qara (black) versiya

- Ağ (white / reverse) versiya

Əlavə təqdimatlar (üstünlük hesab olunur)

- Rəng kodları (RGB, CMYK, HEX, Pantone)

- İstifadə olunan şriftlərin adları və ya faylları

- Loqonun qısa konseptual izahı

- Logo istifadə qaydaları (minimum ölçü, fon nümunələri və s.)

QEYD. İştirakçılar loqo dizaynlarını və tələb olunan bütün faylları press@adau.edu.az ünvanına göndərməlidirlər.

Qalib logo dizaynının müəllifi mükafatlandırılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin