https://innews.media/uploads/news/2022-10/_innews_88c3717af8c34096d3873acb3_o.jpg
Lənkəran Dövlət Dram Teatrında oktyabrın 16-dan başlayan gənc aktyorlar üçün ustad dərsləri davam etməkdədir. Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlının rəhbərliyi ilə keçən məşğələlərdə dinləyicilərə Stanislavski sisteminin 8 psixofizik elementləri və Vaxtanqov məktəbi əsasında "obraza ilkin addım" kimi "Təxmin olunmuş vəziyyətlər"də obraza etüdlər, həmçinin ilkin variant kimi A.P.Çexovun "Təklif" vodevilindəki təklif olunmuş vəziyyətlərin içində "Bədii səhnə obrazı necə yaradılmalı?" texnikası öyrədilir.
Qeyd edək ki, Abdulla Elşadlı bu gün Azərbaycan Dövlət Televiziyasına və ARB TV-yə müsahibəsində məşğlələrin gedişi barədə məlumat verib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Öyrədərək-öyrənirəm" layihəsi çərçivəsində “Stanislavski sisteminin psixofizik etapları” mövzusunda gerçəkləşən məğələlər oktyabrın 21-ə kimi davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin