https://innews.media/uploads/news/2026-01/_innews_3648b833df93c3a2aeb348f20_o.jpg
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirib.
Görüşdə Zəngəzur dəhlizi, Orta Dəhlizin inkişafı, dəmir yolu nəqliyyatı və digər məsələlər müzakirə olunub. Ölkəmizin BMT institutları ilə əməkdaşlığı, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) Bakıda uğurla keçirilməsi yüksək qiymətləndirilib.
Vladanka Andreyevaya Azərbaycandakı fəaliyyəti dövründə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.