https://innews.media/uploads/news/2025-12/_innews_fbeb33d5f507a2b51f8028d94_o.jpg
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüşüb.
Görüşdə Azərbaycanın “Meta” şirkəti ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.