https://innews.media/uploads/news/2022-10/_innews_db69422a064768637731410f5_o.jpg
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Cultural Network House (CNH) İctimai Birliyi və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə «İkinci Nəfəs» sərgisinin təntənəli açılışı baş tutdu.
Açılışda Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovla yanaşı ölkənin digər dövlət strukturlarının nümayəndələri, diplomatik korpus, dövlət və özəl müəssisələrin nümayəndələri və Azərbaycanın mədəniyyət xadimləri iştirak ediblər. Nazir Anar Kərimov çıxışında layihənin incəsənətimiz üçün önəmindən və sərgilənən əsərlərin dövrümüz üçün dəyərindən bəhs edib.
Sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət əsərləridir. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10.000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.
CNH öz fəaliyyətində incəsənətin bütün sahələrinə olduğu kimi, rəssamlıq sahəsinə də çox büyük önəm verir. Məhz bu səbəbdən, İctimai birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihədə əsərlər bərpa olunaraq, onlara yeni nəfəs verilib.
Beləliklə, 41 rəssamın 1960-90-cı illər arasında çəkdiyi 72 əsər seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şaxtaxtinskaya, Oqtay Sadıxzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikail Abdullayev və digər rəssamlar yer alıb.
Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun başlatdığı ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təbliği və təşfiqi istiqamətindəki layihələri həyata keçirməyi öz əsas vəzifəsi kimi Cultural Network House əsas tutur.
Ən son xəbərləri səhifəmizdən də izləyin