logo
Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ADPU-nun Heydər Əliyev Mərkəzində

Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ADPU-nun Heydər Əliyev Mərkəzində

Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ADPU-nun Heydər Əliyev Mərkəzində Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ADPU-nun Heydər Əliyev Mərkəzində

Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində yekun tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsi 1dəqiqəlik sükütla yad edilib.

ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov 30 il əvvəl ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanın mahiyyəti, əhəmiyyəti, cəmiyyət həyatındakı rolu haqqında danışıb, 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət suverenliyinin tam bərqərar edildiyini vurğulayıb.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Konstitusiyanın müxtəlif maddələri haqda təqdimatlarla, yaradıcı kollektivi isə maraqlı konsert proqramı ilə çıxış edib.

Tədbirin sonunda çıxış edən 5 nömrəli UGİM-in direktoru Elza Orucova qeyd edib ki, Konstitusiya ölkənin əsas qanunudur, hamımız qanunlara hörmətlə yanaşmalı, hüquqlarımızı öyrənməli, müstəqil dövlətimizi qorumalıyıq.

Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin