logo
CASCFEN sədri bir qrup fəal gənclə görüş keçirib

CASCFEN sədri bir qrup fəal gənclə görüş keçirib

CASCFEN sədri bir qrup fəal gənclə görüş keçirib CASCFEN sədri bir qrup fəal gənclə görüş keçirib

Öz fəaliyyətində hər zaman fəal və vətənpərvər gənclərə geniş yer ayıran “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) yeni dövrdə də bu siyasətinə sadiqliyini davam etdirir. CASCFEN rəhbərliyi mütəmadi olaraq gənclərlə, o cümlədən regionlarda və Bakıda təhsil alan tələbələrlə görüşlər keçirir, onların fikirlərini dinləyir, gənclərin ictimai sektorda iştirakına dair baxışlarını öyrənir. Belə görüşlərdən biri də bu günlərdə olub.

CASCFEN-in mətbuat xidmətindən verilən məlumata görə, qurumun sədri, Əməkdar jurnalist Nadir Azəri Yasamal rayonu, Zahid Xəlilov 43 m 47 ünvanında yerləşən “Litera” Kitab Evində müxtəlif universitetlərdə təhsil alan fəal tələbə-gənclərin bir qrupu ilə görüş keçirib.

Məlumata əsasən, səmimi mühitdə, çay süfrəsi arxasında keçirilən görüşdə gənclərin təhsil, şəxsi inkişaf və ictimai fəaliyyətlə bağlı fikirləri dinlənilib, onların təşəbbüsləri və təklifləri müzakirə olunub: “CASCFEN sədri görüş yeri kimi “MİMTA Yayımları”na məxsus “Litera” Kitab Evinin seçilməsinin heç də təsadüfi olmadığını deyib. Qeyd olunub ki, ümumiyyətlə, hər bir kəs, xüsusilə də gənclər dünya görüşlərini artırmaq üçün daim mütaliə etməlidirlər. Bakıda gözəl mütaliə yerlərindən biri də məhz “Litera” Kitab Evidir”.

Görüş zamanı Nadir Azəri CASCFEN-in fəaliyyəti, xüsusən də Türk dünyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, bildirib ki, CASCFEN ictimai fəaliyyətə maraq göstərən və bu sahədə özünü sınamaq istəyən gənclər üçün bir ocaq, etibarlı platforma rolunu oynayır.

CASCFEN sədri qeyd edib ki, gələcəkdə də fəal və təşəbbüskar gəncləri təşkilatın sıralarında görməkdən məmnun olacaqlar. Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb.

Məlumata əsasən, tələbə-gənclər belə görüşlərin davamlı olmasının vacibliyini vurğulayıb və gələcəkdə CASCFEN rəhbərliyində təmsil olunan digər tanınmış şəxslərlə də oxşar görüşlərin keçirilməsini təklif ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin