https://innews.media/uploads/news/2025-11/_innews_19413716287c4c1f597c802e8_o.jpg
“Qaranlıqda həqiqət” verilişinin növbəti buraxılışı yayımlanıb.
"innews media" xəbər verir ki, layihə rəhbəri Ruhiyyə Əliyevanın təqdimatında efirə gedən proqramın budəfəki qonağı general-mayor Polad Həşimovun ömür-gün yoldaşı Ofeliya Salmanova olub.
Veriliş zamanı Ofeliya xanım ömür-gün yoldaşı olan Polad Həşimovla ilk dəfə olan görüşlərindən, evlilikləri ilə bağlı necə qərar verməklərindən danışıb:
" Mən həmin vaxtlar Bakı Dövlət Universitetində magistr təhsilimi davam etdirirdim, Polad Həşimov isə artıq 10 il idi ki, Murovdağda hərbi xidmətdə idi. Bizim görüşməyimizə ailələrimiz qərar vermişdi. Polad Həşimov çox yaraşıqlı idi, amma üzündə olan əzab-əziyyət hiss olunurdu.
O mənim suallarıma istədiyim cavabları vermirdi, o zaman dedim ki, deyəsən bizimki alınmayacaq"