https://innews.media/uploads/news/2025-11/_innews_647cf9062585de701f2abcaac_o.jpg
Noyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) tələbələri “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planına uyğun olaraq “Zəfər Həftəsi” çərçivəsində xalqımızın Qələbə yolunu, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqları və tarixi Zəfəri əks etdirən Zəfər Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı tələbələr muzeydə nümayiş etdirilən müxtəlif ekspozisiyalarla, döyüş meydanlarından gətirilmiş eksponatlarla və qəhrəman əsgər və zabitlərimizin igidliyini əks etdirən materiallarla yaxından tanış olublar.
Muzeydə təqdim olunan LED monitorlar vasitəsilə süni intellektlə hazırlanmış videomateriallar ziyarətçilərə 44 günlük döyüşlərin gedişi, hərbi əməliyyatların taktiki mərhələləri, eləcə də Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat təqdim edib.
Muzeydə nümayiş olunan sənədli materiallar, arxiv foto və videolar, interaktiv təqdimatlar və xüsusi maketlər 44 günlük Vətən müharibəsinin real mənzərəsini, Azərbaycan Ordusunun rəşadətini və Qələbə ilə nəticələnən mübarizəsini dolğun şəkildə əks etdirib.