logo
İllərlə yığılan nisgil, bir gün səngərlərdə alova döndü

İllərlə yığılan nisgil, bir gün səngərlərdə alova döndü

İllərlə yığılan nisgil, bir gün səngərlərdə alova döndü İllərlə yığılan nisgil, bir gün səngərlərdə alova döndü

"Zəfərin təməlində dəmir yumruqlu, qətiyyətli siyasətçi–Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev, onun ətrafında bir yumruq kimi birləşən Rəşadətli Ordumuz və arxa planda bütün varlığı ilə səngərdəki oğluna dua edən, ruhuyla savaşan Azərbaycan xalqının sarsılmaz gücü dayanırdı. Məhz bu üç müqəddəs qüvvə – Lider, Ordu və Xalq birliyi bu möhtəşəm Qələbənin əsas səbəbkarı oldu".

Bunları "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O deyib ki, bəzən bir xalqın tarixi yalnız qələbə günlərindən deyil, o qələbəyə aparan səssiz ağrılardan yazılır:

"Bizim yolumuz da belə idi, göz yaşından doğulan, səbrdən yoğrulan, inamla yazılan bir yol. Bu torpaq hər daşında bir əsgərin nəfəsini, hər çəmənində bir ananın duasını daşıyır. Hər şəhid məzarı bir bayraq dirəyidir əslində — külək əsdikcə onun üstündə dalğalanan səssiz bir Zəfər himni.

İllərlə yığılan nisgil, bir gün səngərlərdə alova döndü. Sükut qırıldı, tarix danışdı. Vətən o gün yenidən nəfəs aldı – 8 Noyabrda, Şuşanın dağlarında səslənən “Qarabağ Azərbaycandır!” nidası bütün əsrlərin qisasını aldı.

Bu qələbə təkcə torpağın azadlığı deyil, ruhun dirçəlişi idi. O gün biz torpağı geri aldıq, amma əslində özümüzü – birliyimizi, qeyrətimizi, köklərimizi tapdıq".

Susana Məmmədova qeyd edib ki, Zəfər bir tarix deyil, bir nəfəsdir; o nəfəs bu xalqın damarlarında axır:

"Hər uşaq “Şuşa” deyəndə bir şəhid gülümsəyir, hər bayraq dalğalananda bir xalq yenidən doğulur.
Bu gün biz sadəcə bir zəfəri qeyd etmirik, əsrlərin sükutunu sındıran xalqın adını tarixə əbədi yazırıq.
8 Noyabr — millətin ruhunun səssiz, amma ən gur sədasıdır".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin