logo
Bakı Gənclər Mərkəzində Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib

Bakı Gənclər Mərkəzində Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib

Bakı Gənclər Mərkəzində Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib Bakı Gənclər Mərkəzində Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib

Oktyabrın 29-da Bakı Gənclər Mərkəzində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

“innews media” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Lü Mey və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış ediblər.

Tədbir çərçivəsində Bakı Gənclər Mərkəzi (direktor Nərgiz Babayeva), Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu (direktor Rafiq Abbasov) və Çin tərəfindən Konfutsi İnstitutu (direktor Li Jihua) arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Mərasimdə Azərbaycan və Çin milli rəqsləri və musiqiləri təqdim olunub, çinli tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin sonunda tərəflər arasında hədiyyə mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin