logo
ADAU-EGE ikili diplom proqramı tələbələri üçün növbəti Karyera Günü keçirilib

ADAU-EGE ikili diplom proqramı tələbələri üçün növbəti Karyera Günü keçirilib

ADAU-EGE ikili diplom proqramı tələbələri üçün növbəti Karyera Günü keçirilib ADAU-EGE ikili diplom proqramı tələbələri üçün növbəti Karyera Günü keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin peşəkar inkişafının dəstəklənməsi və əmək bazarına daha hazırlıqlı çıxışının təmin olunması məqsədilə “Prime Cotton” MMC ilə birgə Karyera Günü təşkil olunub.

Tədbirin əsas məqsədi tələbələri aqrar sahədə fəaliyyət göstərən qabaqcıl yerli şirkətlərlə tanış etmək, onların ixtisasları üzrə real iş mühiti və gələcək məşğulluq imkanları barədə məlumatlandırmaq, həmçinin tələbələrin praktiki biliklərini artırmaqdan ibarətdir.

Karyera günündə “Prime Cotton” MMC-nin nümayəndələri şirkətin fəaliyyət istiqamətləri, aqrar istehsalat zənciri, müasir texnologiyaların tətbiqi, insan resursları strategiyası və işə qəbul prosesi barədə ətraflı təqdimatlar edərək, tələbələrin suallarını cavablandıraraq, onlarla fərdi müzakirələr aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin