https://innews.media/uploads/news/2025-10/_innews_54f72ac1d6b29656fc17c2b39_o.jpg
4 iyul – 29 oktyabr tarixləri arasında keçirilən Red Bull Tetris® turniri bu yay minlərlə oyun həvəskarını birləşdirdi.
İştirakçılar mobil cihazlarından istifadə edərək redbull.com vasitəsilə oyun oynayaraq xal topladılar və ən yüksək nəticə göstərən 8 oyunçu Milli finala vəsiqə qazandı.
2 noyabrda Crescent Mall-ın 1-ci mərtəbəsində keçiriləcək Milli Finalda iştirakçılar sürət, diqqət və taktika bacarıqlarını nümayiş etdirəcəklər.
Turnir rəsmi Tetris qaydalarına əsasən PS, Xbox və ya bənzər kontrollerlərlə keçiriləcək, bütün avadanlıq yerində təmin ediləcək. Şəxsi kontrollerin istifadəsi qadağandır.
Qalib 11–13 dekabr tarixlərində Dubayda keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.
Bu il yarış ilk dəfə əfsanəvi “Dubai Frame” fonunda, dronların iştirakı ilə canlı şəkildə nümayiş
olunacaq.
Gəl və Milli Finalın həyəcanını yerində yaşa!