logo
BSU-da Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

BSU-da Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

BSU-da Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib BSU-da Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 29-da Bakı Slavyan Universitetinin (BSU) Türkiyə Araşdırmaları Mərkəzində Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq tədbirdə hər iki ölkənin dövlət himnləri səslənib.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, bu gün Azərbaycan xalqı da böyük qürur və fərəh hissi ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd edir və bu tarix təkcə qardaş Türkiyə xalqının deyil, bütün türk dünyasının taleyində dönüş nöqtəsi olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün iki xalqın taleyi ilə bağlı fikirlərini diqqətə çatdıran rektor vurğulayıb ki, Azərbaycan xalqı Türkiyə Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayıb.

O qeyd edib ki, 1918-ci ildə Bakının azadlığında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanı ilk tanıyan dövlətin Türkiyə olması, 2020-ci ildə Vətən müharibəsində Türkiyənin dəstəyi xalqlarımızı əbədi birləşdirən tarixi bağlardır. A.Nağıyev bildirib ki, bu gün Azərbaycan və Türkiyə münasibətləri sadəcə diplomatik əlaqələr deyil, milli kimlik, ortaq dəyərlər və strateji maraqlar üzərində qurulan qardaşlıq ittifaqıdır. Cənab Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldərək, birliyimizin hüquqi əsasını daha da möhkəmləndirib.

Tədbir çərçivəsində təqdim olunan məruzələrdə Türkiyə Cümhuriyyətinin qurulması, onun Azərbaycanla əlaqələri, hazırki şəraitdə beynəlxalq aləmdə artan rolu və müasir inkişaf perspektivləri, Türk ədəbiyyatında Cümhuriyyət ideyaları ilə bağlı vacib istiqamətlərdən bəhs edilib, tələbələr tərəfindən Atatürkün gəncliyə müraciəti səsləndirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin