logo
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müsabiqə Komissiyası bildirir ki, Xidmətin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2025-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək açıq müsabiqə keçirilir.

Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, psixologiya, təhsildə sosial-psixoloji xidmət, yanğın təhlükəsizliyi mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ali təhsil tələb edən orta rəis heyəti vəzifələridir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin veb-saytında “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.

Ərizələri xidmətin elektron poçtu (info@penitensiar.justice.gov.az), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat ala bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin