logo
ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 4 nömrəli Tələbə Poliklinikası və 1 nömrəli Qadın Məsləhətxanasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Erkən nikaha son” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən universitetin 4 nömrəli Tələbə Poliklinikasının baş həkimi Şəfəq Teymurova erkən yaşda nikahın qızların sağlamlığı üçün yol açdığı fəsadlardan söz açıb. Baş həkim, həmçinin, bu mövzu il bağlı ölkə ərazisində sanitar maarifləndirici istiqamətdə tədbirlərin təşkil olunduğunu nəzərə çatdırıb.

Daha sonra 1 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqları Nazilə Babayeva və Aynurə Məmmədova tərəfindən tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media