logo
AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib

AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib

AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub.

Onlayn formatda keçirilən görüşdə Rusiyadan iribuynuzlu heyvanların idxalı, eyni zamanda bu istiqamətdə hər iki tərəfdən operativ əlaqənin qurulması üçün məsul şəxslərin təyin olunması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Görüş zamanı laboratoriya tədqiqatları və xüsusi təhlükəli heyvan xəstəliklərinin izlənilmə mexanizmləri üzrə məlumatlar diqqətə çatdırılıb.

Görüşdə ölkələrarası baytarlıq nəzarəti tədbirləri üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin