logo
Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.

Məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin