https://innews.media/uploads/news/2025-10/_innews_161b1984129d7e1fca30f1c38_o.jpg
Oktyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş "SDG Həftəsi"nin ikinci günü çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi” mövzusunda təlim keçirilib.
Təlim zamanı ətraf mühit və dayanıqlılıq üzrə ekspert Tural Məhərrəmov çıxış edərək iştirakçılara Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən SDG 13 – “İqlim dəyişikliyinə qarşı mübarizə” haqqında geniş məlumat verib. O, iqlim dəyişikliyinin təsirləri, karbon emissiyalarının azaldılması istiqamətində beynəlxalq təşəbbüslər, ekoloji şüurun artırılmasının vacibliyi və bu istiqamətdə universitetlərin maarifləndirici və təşəbbüskar rolu haqqında danışıb. Ekspert, həmçinin Azərbaycan Respublikasının iqlim siyasəti və bu istiqamətdə həyata keçirilən əsas tədbirlər, o cümlədən bərpa olunan enerji mənbələrinin inkişafı və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə də iştirakçılara məlumat verib.
Təlim müzakirə formatında davam edib.