logo
Meksikada Azərbaycan diplomatiyasına və postmünaqişə dövrünə həsr edilmiş mühazirə keçirilib

Meksikada Azərbaycan diplomatiyasına və postmünaqişə dövrünə həsr edilmiş mühazirə keçirilib

Meksikada Azərbaycan diplomatiyasına və postmünaqişə dövrünə həsr edilmiş mühazirə keçirilib Meksikada Azərbaycan diplomatiyasına və postmünaqişə dövrünə həsr edilmiş mühazirə keçirilib

Meksikanın ən nüfuzlu ali təhsil mərkəzlərindən biri olan Monterey Texnologiya Universitetində regionda post münaqişə dövründə yenidənqurma və Azərbaycan diplomatiyasının uğuru mövzusunda mühazirə edilib.

Tədbir universitetin professor-müəllim heyəti, o cümlədən Sosial Elmlər və Hökumət fakültəsinin beynəlxalq əlaqələr ixtisasının tələbələrinin iştirakı ilə keçirilmişdir. Ölkəmizin Meksikada səfiri Məmməd Talıbov mühazirəsi zamanı Ermənistan - Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat vermişdir. Xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsi və Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi istiqamətində əldə etdiyi tarixi qələbə, həmçinin bu prosesin beynəlxalq hüquq çərçivəsində və BMT qətnamələrinə uyğun şəkildə reallaşması, onun regionun geosiyasi durumuna təsiri təhlil olunmuşdur.

Həmçinin post-münaqişə dövründə bölgədə yaranmış yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanın sülh gündəliyi, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın qurulmasına yönəlmiş addımları, habelə bu təşəbbüslərə qarşı mövcud olan bəzi destruktiv yanaşmalar da diqqətə çatdırılmışdır. Mühazirə zamanı Azərbaycanın artan siyasi və iqtisadi potensialı, strateji enerji layihələrində və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, eləcə də Orta Dəhliz üzrə nəqliyyat qovşağı kimi artan əhəmiyyəti xüsusi vurğulanmışdır.

Eyni zamanda, Azərbaycanın beynəlxalq platformalarda – BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər qurumlar çərçivəsində getdikcə güclənən mövqeyi, o cümlədən COP29 -a sədrliyi dövründə əldə edilmiş uğurlar və ölkəmizin qlobal iqlim gündəliyində tutduğu mövqe barəsində də danışılmışdır.

Mühazirənin davamında səfir Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyaları, rəqəmsal transformasiya, yaşıl enerji və texnologiya sahəsində həyata keçirilən islahatlar və eyni zamanda həyata keçirilən böyük qayıdış və geniş bərpa-quruculuq işləri barədə də məlumat vermiş, bu proseslərin regionun dayanıqlı inkişafına töhfəsinə toxunmuşdur. Mühazirə interaktiv müzakirə formatında davam etdirilmiş, auditoriya tərəfindən səsləndirilən çoxsaylı suallar cavablandırılmış, Azərbaycanın strateji baxışları, dünyadakı artan rolu və regional əməkdaşlıq təşəbbüsləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, bu kimi mühazirələrin gələcəkdə də keçirilməsi barədə arzularını ifadə etmişlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin