logo
ADPU-da “Qəhrəmanlıq yolu” adlı görüş keçirilib

ADPU-da “Qəhrəmanlıq yolu” adlı görüş keçirilib

ADPU-da “Qəhrəmanlıq yolu” adlı görüş keçirilib ADPU-da “Qəhrəmanlıq yolu” adlı görüş keçirilib

Sentyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən CreArt Mədəniyyət klubunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə “Qəhrəmanlıq yolu” adlı görüş keçirilib.

Tədbir Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra gənclərlə görüşə dəvət olunmuş ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseynov çıxış edib.

O, Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi igidliklərdən, şəhidlərimizin qəhrəmanlıq yolundan danışaraq, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının önəmini qeyd edib. Elmar Hüseynov vurğulayıb ki, şəhidlərin fədakarlığı xalqımızın tarixində qəhrəmanlıq məktəbi kimi qalmaqla yanaşı, hər bir gənc üçün örnəkdir.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin ünvanladığı suallar cavablandırılıb. Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin