logo
ADPU-da Üzeyir Hacıbəylinin yubileyi qeyd edilib

ADPU-da Üzeyir Hacıbəylinin yubileyi qeyd edilib

ADPU-da Üzeyir Hacıbəylinin yubileyi qeyd edilib ADPU-da Üzeyir Hacıbəylinin yubileyi qeyd edilib

Sentybarın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində dahi bəstəkar, milli musiqimizin və Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, fakültə rəhbərliyi və tələbələr iştirak ediblər.

Rəsmi hissədə açılış nitqi ilə çıxış edən Azərbaycan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Üzeyir bəyin zəngin həyat yolu, musiqi irsi, Azərbaycan milli opera sənətinin və professional musiqi məktəbinin formalaşmasındakı müstəsna rolu haqqında ətraflı məlumat verib, bəstəkarın həm pedaqoji, həm də ictimai-mədəni fəaliyyəti barədə maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb. Prorektor Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər, həmçinin onun dünya musiqisinə verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Tədbirin davamında fakültənin professor-müəllim heyəti, tələblər və fakültənin xor kollektivi Üzeyir Hacıbəylinin yaradıcılığının incilərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Bəstəkarın müəllifi olduğu klassik operettalardan parçalar, həmçinin məşhur romans və mahnılar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin