logo
Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12.500-dək müraciət

Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12.500-dək müraciət

Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12.500-dək müraciət Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12.500-dək müraciət

2025/2026-cı tədris ili üçün ali məktəblərin bakalavriat və magistratura pillələrinə tələbə qəbulu və elektron qeydiyyat prosesi müddətində (30 iyun 2025-ci il - 11 sentyabr 2025-ci il tarixləri aralığında) Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən abituriyentlərdən, tələbələrdən, həmçinin ictimaiyyət və media nümayəndələrindən daxil olan müraciətlərə çevik cavab verilməsi istiqamətində planlı iş aparılıb. Xüsusilə abituriyentlər və onların valideynlərinin ixtisas seçimi, mövcud ixtisaslar, universitetin infrastrukturu və naviqasiyası, təqaüd imkanları, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə krediti və digər bu kimi məsələlərlə bağlı müraciətləri operativ şəkildə nəzərdən keçirilib və zəruri dəstək göstərilib.

30 iyun - 11 sentyabr tarixləri aralığında universitetin sosial media hesablarında məlumat xarakterli 60 poster və videoməzmun paylaşılıb ki, bu məzmunlar rəsmi instaqram, feysbuk və linkedin səhifələri, teleqram, votsap və yutub kanalları vasitəsilə ümumilikdə 8 milyon 125 min dəfə izlənilib. Bu, paylaşımlara orta hesabla bir gün ərzində 112 min 847 dəfə baxılması deməkdir. Hesabat dövrü ərzində şöbə tərəfindən vətəndaşlardan müxtəlif əlaqə vasitələri ilə daxil olmuş ümumilikdə 12.453 müraciət operativ qaydada cavablandırılıb ki, bu da orta hesabla bir günə 173 müraciət deməkdir. Onlardan 10.199-u instaqram səhifəsi üzərindən, 1.239-u votsap xəttindən, 356-ı feysbuk, linkedin, teleqram səhifələri və imeyl vasitəsilə, 609-u isə zəng formasında daxil olan müraciətlərdir.

Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində cavablandırılmış müraciətlərin ümumi sayı 5.356 təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 132.5 %-dən çox artım deməkdir.

Onlayn qeydiyyatla bağlı universitetdə yerində müraciət xidmətinin təşkil edilməməsinə baxmayaraq, müraciət etmiş 50-dən çox vətəndaşa yerində xidmət göstərilib.

Şöbə tərəfindən ADPU-ya yeni qəbul olunmuş tələbələrin məlumatlandırılması və tədris prosesinə adpaptasiyasına dəstək göstərilməsi istiqamətində işlər davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin