logo
Şəhid xanımları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar

Şəhid xanımları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar

Şəhid xanımları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar Şəhid xanımları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar

Müasir Psixologiya Mərkəzinin sosial-psixoloji dəstək layihələrinin iştirakçısı olan 20-dən çox şəhid xanımı Mərkəzdəki 14 yaradıcılıq istiqaməti üzrə studiyalardakı təlim prosesini izləyiblər. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova Mərkəzin fəaliyyət istiqamətləri-idman, təsviri incəsənət, dulusçuluq, musiqi və digər sahələrdə həyata keçirilən art terapiya üsulları barədə danışıb. Mərkəzdəki təlimlərə şəhid əmanətləri və onların ailə üzvlərinin cəlb olunması məsələsi müzakirə edilib. Qadınların cəmiyyətə adaptasiyası və ictimai fəallığının gücləndirilməsi mövzusunda söhbət aparılıb. Qonaqlar Mərkəzdə yaradılan şəraitdən və burada onlar üçün təşkil olunan ustad dərslərindən məmnun qaldıqlarını bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media