logo
Ruzanna Məmmədova Avropa çempionatının finalında

Ruzanna Məmmədova Avropa çempionatının finalında

Ruzanna Məmmədova Avropa çempionatının finalında Ruzanna Məmmədova Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

Gülər Həbibova (57 kq) təsnifat mərhələsində macarıstanlı Anna Koebloyla bacarmayıb – 0:10.

Ruzanna Məmmədova (62 kq) çexiyalı Tereza Mraçkovaya “tuş”la, belaruslu Karina Fişçuka 4:0, rusiyalı Yekaterina Radışevaya isə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Ruzanna sabah finalda almaniyalı Leoni Steyqertlə güləşəcək.

Yarışa 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) isveçli Elvira Erssona 2:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilklə güləşəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media