logo
4 ildən sonra efirə qayıdır - VİDEO

4 ildən sonra efirə qayıdır - VİDEO

4 ildən sonra efirə qayıdır - VİDEO 4 ildən sonra efirə qayıdır - VİDEO

Tanınmış aparıcı Lamiyyə Ələkbərqızı dörd illik fasilədən sonra ekranlara qayıdır.

innews.media əldə etdiyi məlumata görə, o, Kanal S-də işə başlayacaq. Ələkbərova kanalda layihə rəhbəri və aparıcı kimi çalışacaq.

Sənətçi saytımıza açıqlamasında xəbəri təsdiqləyib:

“Kanaldan təklif gəldi. Kanal S rəhbərliyinin mənə göstərdiyi bu etimad üzərimdə hiss etdiyim məsuliyyəti daha da artırır. Yenidən "Həyat Tərzi” verilişi ilə qayıdıram. həftəiçi 5 gün, saat 13:00-dan 15:00-adək fərqli üslubda tamaşaçılara təqdim edəcəyəm”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Lamiyyə Ələkbərqızı 1995-ci ildən televiziya sahəsində çalışır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media