logo
Ayxan Cavadov Avropa çempionu oldu

Ayxan Cavadov Avropa çempionu oldu

Ayxan Cavadov Avropa çempionu oldu Ayxan Cavadov Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media