logo
Günay Qurbanova Avropa çempionatının finalında

Günay Qurbanova Avropa çempionatının finalında

Günay Qurbanova Avropa çempionatının finalında Günay Qurbanova Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün 1 təmsilçimiz xalçaya çıxıb. Günay Qurbanova (59 kq) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçimiz almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media