logo
Ayxan Cavadov Avropa çempionatının finalında

Ayxan Cavadov Avropa çempionatının finalında

Ayxan Cavadov Avropa çempionatının finalında Ayxan Cavadov Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Ayxan Cavadov (60 kq) isveçrəli Levin Mayerə (8:0), fransalı Lukas Qrassoya (9:1) və türkiyəli Ömər Altaşa (6:1) qalib gələrək yarımfinala yüksəlib. Ayxan yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya da gücünü göstərib – 4:1. Ayxan finalda isveçli Adam Silverinlə qarşılaşacaq.

Fəraim Mustafayev (60 kq) rumıniyalı Pavel Aleksey (1:1) və bolqarıstanlı Dimitar Georgiyevi (10:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Mingiyan Qoryayevlə bacarmayıb – 5:12. Fəraim sabah bürünc medal uğrunda güləşəcək.

Seymur Qasımov (72 kq) yarımfinaladək finlandiyalı Oliver Padaya (12:0) və rusiyalı Tamerlan Taranuxaya (11:0) heç bir şans tanımayıb. Seymur finalın bir addımlığında ermənistanlı Qaspar Terteryana (1:5) məğlub olaraq, ümidini üçüncü yerə bağlayıb.

Elmin Əliyev (82 kq) avstriyalı Noa Valderə (9:0), gürcüstanlı Tornike Çxikvadzeyə (7:1) və ermənistanlı Martik Petrosyana (7:4) qalib gəlib. Elmin yarımfinalda rusiyalı Mixail Şkarinə 1:4 hesabıyla uduzub və o da sabah bürünc medal uğrunda mübarizə aparacaq.

İsmayıl Rzayev (97 kq) təsnifat mərhələsində rusiyalı Saypula Qadjimaqomedova 2:10 hesabıyla məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media