logo
Üç güləşçimiz U20 Avropa çempionatının finalında

Üç güləşçimiz U20 Avropa çempionatının finalında

Üç güləşçimiz U20 Avropa çempionatının finalında Üç güləşçimiz U20 Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatına start verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.

Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib. Turan finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.

Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.

Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.

Orxan Hacıyev (87 kq) debütdə rumıniyalı Qabriel Stana 1:4 hesabıyla, Məzaim Mərdanov (130 kq) isə 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Finallar sabah keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media