logo
Mərdəkan çimərliyində batmaq təhlükəsi ilə üzləşən gəncin həyatı xilas edilib

Mərdəkan çimərliyində batmaq təhlükəsi ilə üzləşən gəncin həyatı xilas edilib

Mərdəkan çimərliyində batmaq təhlükəsi ilə üzləşən gəncin həyatı xilas edilib Mərdəkan çimərliyində batmaq təhlükəsi ilə üzləşən gəncin həyatı xilas edilib

20.07.2025-ci il tarixində saat 18:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu, Mərdəkan çimərliyi ərazisindən sudaboğulma hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

Daxil olan çağırış əsasında dərhal təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Hadisə yerində 17 yaşlı (kişi cinsli) pasiyent huşsuz vəziyyətdə olub, heç bir həyat göstəricisi müşahidə olunmayıb. Pasiyentə dərhal reanimasiya tədbirləri, o cümlədən ürək-ağciyər reanimasiyası (CPR) tətbiq edilib.

Reanimasiya tədbirləri nəticəsində nəbz və tənəffüs bərpa olunub, ağız boşluğu sanasiya edilib, oksigen terapiyası aparılıb.

Görülən vaxtında və peşəkar tibbi müdaxilə nəticəsində pasiyentin həyati funksiyaları bərpa olunub və vəziyyəti stabil hala gətirilib və müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin