logo
Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb

Polşanın Rzeşov şəhərində keçiriləcək akrobatika üzrə Dünya kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Yarışda Milana Əliyeva - Sabir Ağayev, Murad Rəfiyev - Daniel Abbasov dueti, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Al-Meşaixi və Nəzrin Zeyniyeva, Anahitə Bəşirli, Zöhrə Rəşidlidən ibarət qrup çıxış edəcək.

İyunun 27-də start götürəcək turnir 3 gün davam edəcək.

Qeyd edək ki, iki həftə əvvəl Bakıda keçirilən Dünya kuboku mərhələsində komanda iki qızıl və bir gümüş medal qazanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media