https://innews.media/uploads/news/2025-07/_innews_7e1fb17800f863e0b028c6bec_o.jpg
30 iyun 1 iyul tarixlərində Dövlət Uşaq Filarmoniyası incəsənətin bir çox ixtisasları üzrə seçim-dinləyiş keçirib.
Seçim-dinləyişin əsas məqsədi yeni solistləri cəlb etmək onların gələcək konsert həyatını daha rəngarəng edərək önə çıxarmaqdır. Dinləyiş 5-16 yaş uşaqların iştirakı ilə Dövlət Uşaq Filarmoniyasında baş tutmuşdur. Paytaxtın müxtəlif musiqi və uşaq incəsənət məktəblərindən 100-ə yaxın müraciət olunmuşdur.
Dinləyişin münsif heyəti Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə, Əməkdar İncəsənət xadimi, xalq artisti, professor Ağaverdi Paşayev, vokalçı, xalq artisti Gülnaz İsmayılova, pianoçu, əməkdar müəllim Kamilla Əmirova, dirijor Cavad Tağı-zadə, xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzade olub. Bir-birindən istedadlı uşaqların çıxışları münsiflər tərəfindən maraqla qarşılanıb və onlara müəyyən tövsiyyələr də verilib.
2 gün davam edən seçim turunun nəticələrinə uyğun olaraq iştirakçıların yeni tədris ilindən məşğələlərə başlaması nəzərdə tutulub.