logo
Akrobatika üzrə Dünya Kuboku: komandamızdan möhtəşəm nəticə

Akrobatika üzrə Dünya Kuboku: komandamızdan möhtəşəm nəticə

Akrobatika üzrə Dünya Kuboku: komandamızdan möhtəşəm nəticə Akrobatika üzrə Dünya Kuboku: komandamızdan möhtəşəm nəticə

27-29 iyun tarixlərində Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.

Gimnastlarımız uğurlu çıxışları ilə bizi sevindiriblər. Belə ki, qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.

Gimnastlarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirik!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media