logo
Azərbaycan yığması Avstriyaya məğlub oldu

Azərbaycan yığması Avstriyaya məğlub oldu

Azərbaycan yığması Avstriyaya məğlub oldu Azərbaycan yığması Avstriyaya məğlub oldu

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçını keçirib.

Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:14).

Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) komandalarını üstələyib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media