logo
BSU-da xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və tədrisi mərkəzlərinin müdirləri ilə iclas keçirilib

BSU-da xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və tədrisi mərkəzlərinin müdirləri ilə iclas keçirilib

BSU-da xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və tədrisi mərkəzlərinin müdirləri ilə iclas keçirilib BSU-da xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və tədrisi mərkəzlərinin müdirləri ilə iclas keçirilib

İyunun 18-də Bakı Slavyan Universitetində (BSU) xarici ölkələrin ali təhsil müəssisələrində fəaliyyət göstərən Azərbaycan dili və tədrisi mərkəzlərinin müdirlərinin ilk illik toplantısının yekunlarına həsr olunmuş iclas keçirilib. 17–18 iyun tarixlərində BSU-da təşkil edilən illik toplantı çərçivəsində mərkəzlərin ötən tədris ili üzrə fəaliyyət nəticələri nəzərdən keçirilib, eləcə də qarşıdakı tədris ili üçün prioritet istiqamətlər və fəaliyyət planları müzakirə olunub. İclasda BSU-nun rektoru Anar Nağıyev, aidiyyatı üzrə prorektorlar, Sofiya Dövlət Universiteti (Bolqarıstan), Minsk Dövlət Pedaqoji Universiteti (Belarus), Kiyev Dövlət Linqvistik Universiteti (Ukrayna) və Moskva Dövlət Linqvistik Universitetində (Rusiya) fəaliyyət göstərən Azərbaycan dili və tədrisi mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Görüşün əsas məqsədi mərkəzlərin növbəti tədris ili üzrə fəaliyyət planlarının müəyyənləşdirilməsi, yerləşdikləri universitetlərdə Azərbaycan dilinin tədrisinin cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, qarşıda duran çətinliklərin təhlili və onların həlli istiqamətində birgə fəaliyyətin koordinasiyası, müvafiq qərarların qəbul edilməsi olub.

İclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev belə bir hesabat xarakterli görüşün təşkilinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dili və mədəniyyətinin xarici universitetlərdə təbliği və tədrisinin strateji əhəmiyyət daşıdığını bildirib. Rektor həmçinin qeyd edib ki, gələcəkdə illik toplantıların ənənə halını alması və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə davamlı platformaların yaradılmasının vacibliyini qeyd edib.

İclas zamanı çıxış edən mərkəz rəhbərləri təmsil etdikləri ali təhsil müəssisələrində görülən işlər, tədris prosesində qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Görüşün sonunda gələcək əməkdaşlıq formatlarının təkmilləşdirilməsi, mərkəzlərin fəaliyyətinin daha da səmərəli təşkili üçün təkliflər irəli sürülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin